Azərbaycanda cloud gaming.

Azərbaycanda rəsmi şəkildə əlçatan olan ən əsas cloud gaming servisi GeForce NOW’dur. NVIDIA Azərbaycanda GFN istifadəçilərini Caucasus South serverlərinə yönləndirir. Avropa serverlərində də dolayı yollarla oynamaq mümkündür. VPN tələb olunmur. GFN-də oyunları oynamaq üçün oyunlara Steam, Epic və s. mağazalardan sahib olmalısınız. Servisin Azərbaycana gətirilməsi üçün işlər gedir.

Boosteroid Cloud Gaming platformuna da Azərbaycandan abunə olmaq mümkündür. Texnologiya olaraq GFN-dən geri qalsa da, kitabxanasındakı bəzi oyunlara görə bir çoxlarının seçimidir. Hansı ki, bu oyunlar GFN kitabxanasında yer almır. Booseroid’də də GFN kimi oyunları oynamaq üçün rəsmi mağazalardan sahib olmaq lazımdır.

Microsoft’un bulud oyun servisi Xbox Cloud Gaming isə VPN ilə əlçatandır. Xbox Cloud Gaming (beta) özündə Game Pass kitabxanasını da birləşdirdiyi etdiyi üçün nisbətən əlverişlidir. Game Pass Ultimate abunəliyi sayəsində Game Pass kitabxanasına sahib ola və cloud gaming servisinə qoşula bilərsiniz. Game Pass servisi Türkiyə və s. ölkələrdən, Xbox Cloud Gaming isə Avropa (Almaniya) ölkələrindən əlçatandır.

Amazon’un cloud gaming servisi Luna isə hazırda çox az ölkədə fəaliyyət göstərir. Yaxın zamanda yayılması gözlənilir. GOG oyun mağazası ilə anlaşan Luna, GOG-dan aldığınız oyunları Luna ilə stream etməyə imkan verir. Hazırda GOG-dan 40-ə qədər oyun dəstəklənir. Oyun sayının artırılması planlaşdırılır.

Cloud Gaming Azerbaijan’ın məqsədi və hədəfi bulud oyun texnologiyası barədə ölkəmizdəki insanları məlumatlandırmaqdır. Video oyun həvəskarı olub, oyun konsoluna və yaxşı sistemə sahib olmayan kifayət qədər insan var. Bulud oyun texnologiyası sayəsində sistem parametrləri üstün olmayan kompyuterlərdə və adi ağıllı telefonlarda belə yüksək parametr tələb edən oyunları oynamaq mümkündür. Sizə lazım əsas şey internetdir. İnternetin aşağı gecikməli və ən azı 10-20mbit olması tövsiyə olunur. Bu interneti isə fiberoptik internet təmin edən provayderlər təklif edir. Bu şərtləri təmin edin internetiniz və ya smartfon/kompyuteriniz varsa cloud gaming sizin üçün əlçatandır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *