GeForce NOW-ın bu günə qədərki ən böyük yenilənməsi

NVIDIA sentyabr ayında Blackwell RTX arxitekturalı RTX 5080 kartların GeForce NOW-a gələcəyini elan etdi. RTX 5080 səviyyəsində performans Ultimate abunələri üçün əlçatan olacaq və qiymətdə hər hansı dəyişiklik olmayacaq.

Premium abunələr bundan əlavə olaraq yeni “Install-to-Play” funksiyasından da yararlana biləcəklər. Bu yenilik ilə oyun kataloqu 4500 oyuna qədər genişlənəcək.

NVIDIA Blackwell RTX arxitekturasının gətirəcəyi yeniliklər:

  • Cloud gamində ən keyfiyyətli görüntü və FPS: NVIDIA DLSS 4 Multi Frame Generation ilə birlikdə 5K 120 FPS) striminq mümkün olacaq. NVIDIA Reflex texnologiyası ilə rəqabətcil oyunlarda, 1080p 360 FPS performansa oynaya biləcəksiniz. Şəbəkə gecikməsi 30 ms altında olacaq.
  • Görüntü keyfiyyətində böyük sıçrayış : Yeni Cinematic Quality Streaming modu zəngin çalarlar, daha kəskin yazılar və 4:4:4 chroma sampling keyfiyyətli görüntü imkanlarını gətirir. AI təmizləmə AV1 kodeki ilə şəbəkə keyfiyyəti dəyişsə belə bu performansa ciddi təsir etməyəcək.
  • GeForce NOW daha çox cihazda: Premium abunələr Steam Deck əl konsolunda 90 FPS, Lenovo Legion Go S əl konsolunda isə 4K 120 FPS keyfiyyətdə oynaya biləcəklər. Dəstəklənən LG monitorları 5K 120Hz, LG TV-ləri isə heç bir əlavə cihaza ehtiyac olmadan strim edə biləcəklər. Mac istifadəçiləri NVIDIA Blackwell RTX yenilənməsindən tam yararlanacaqlar. Əlavə olaraq Logitech yarış rulları da dəstəklənəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *