
Azerconnect Group və ABŞ-nin texnologiya şirkəti NVIDIA arasında GeForce NOW platformasının Azərbaycana gətirilməsi üzrə tərəfdaşlıq müqaviləsi imzalanıb. Layihə serverləri ölkəmizdə yerləşən ilk Cloud Gaming xidmətinin istifadəyə verilməsini nəzərdə tutur.
Serverlərin Azərbaycanda yerləşməsi istifadəçilərə minimal gecikmə ilə daha sürətli və stabil oyun təcrübəsi təqdim edəcək. GeForce NOW vasitəsilə oyunçular güclü kompüterə ehtiyac duymadan müxtəlif cihazlarda oyunları 4K görüntü keyfiyyəti və saniyədə 120 kadradək sürətlə oynaya biləcəklər.
Platforma 2 mindən çox oyunu dəstəkləyir, həmçinin Steam, Epic Games, Ubisoft və XBOX kimi oyun kitabxanalarına qoşulmağa imkan verir. Bu layihə Cloud Gaming texnologiyalarının Azərbaycanda inkişafı baxımından mühüm addım hesab olunur.
Mənbə: azerconnect.az
